Birləşmiş Performans Testi
Kaplinler EN1119, ISO8639 və ASTM D4161 standartlarında göstərilən şəraitdə onların performansını yoxlamaq üçün sınaqdan keçirilir.
Uzunmüddətli testlər
- Hidrostatik dizayn əsasları (HDƏ)
- Stress-Korroziya testi
- Uzunmüddətli rinq sıxlığı (yaş şəraitində)
- Uzunmüddətli rinq əyilmə testi
Ən azı 10,000 saat çəkən uzunmüddətli testlər,dizayn dəyərlərini yaratmaq və ekstrapolyasiyanın qorunması üçün həyata keçirilir. Başqa sözlə, təyin edilmiş nominal 100 illik dizayn dövrü üçün tələb olunan fiziki parametrlər ISO 10928 metodlarından istifadə edərək təyin olunur. Ümumiyyətlə, sınaq müddəti üçün paylanmış bir sıra məlumat əldə etmək üçün minimum 18 nümunə hazırlanır və istifadə olunur. Ən kiçik kvadratlar metodundan istifadə edərək, test məlumatlarından logaritmik regressiya qrafikası yaranır. ŞMP borularının 100 illik xidmət müddətinə müvafiq olan performans dəyərləri beynəlxalq standartlarda olan cədvəllərə uyğun olmalıdır.